[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-188.jpg” ]
20-21 sentyabr 2014-cü il tarixində “Bakı Avrasiya universitetidə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Avrasiya universiteti Tələbə Gənclər Təşkilatın birlikdə keçirdiyi “Tələbə Gənclər arasında bədi qiraət” layihəsi həyata keçirilib. Layihə rəhbəri Kamil Məmmədli tədbiri açaraq bildirib ki, ölkəmizdə şerə, ədəbiyyata həmişə maraq olub: “Qədim zamanlardan Azərbaycan xalqının zövqünü şairlərimiz, yazıçılarımız tərəfindən yazılmış gözəl əsərlər formalaşdırıb. Olduqca maraqlı faktdır ki, Azərbaycanda publisistika şerlə başlayıb. Bu böyük istedad, qabiliyyət tələb edir. Başqa xalqlarda isə bu yoxdur. Onların kiçik hekayələrlə başlayan publisistikası çox sonralar şerlərə çevrilə bilib. Lakin təəssüf ki, biz bu maraqlı faktdan hələ də öz xalqımızın qabiliyətini təbliğ etmək üçün istifadə edə bilmirik. Bu elə yaradıcılıq formasıdır ki, insanı mahiyyətcə pozitiv aspektdə formalaşdırır. Məhz bütün bunları nəzərə alaraq Azərbaycan gəncliyinin özünün tarixi köklərinə bağlılığını möhkəmləndirmək, min illərə gedib çıxan adət-ənənələrə sadiqliyini artırmaq üçün onlar arasında şer qiraəti üzrə müsabiqənin keçirilməsi nəzərdə tutulub. Gələcəyin ali təhsilli mütəxəssisi, ziyalısı, Azərbaycanın sabahı olacaq ali məktəb tələbələri arasında bu müsabiqənin keçirilməsi onların mahiyyətinə, dünyagörüşünə bir zənginlik qatacaq. ki, layihədə 50-dən çox gənc müxtəlif sairlərin şerlərini səsləndirərək yarışmada özlərini sınayıblar. Yarışmaya Bakı ilə yanaşı digər regionlardan da gənclər qoşulub. Bu da gənclərin qiraətə marağının yüksək olmasının göstəricisidir. Münsiflər də laiqli qərar verərək ən güclüləri seçdilər.
Qaliblər diplom.qiymətli hədiyyələr və sertifikatlarla təltib olunub həmçinin iştirakçilara laihənin kitabları hədiyyə edilib Qeyd edək ki , münsiflər heyəti qismində Azərbyacan Yazılar birliyin üzvu Sənəb Səbayel, Avropa.az Radiosunun Aparıcısı, jurnalist Təranə Xudaverdiyeva, BDU-nun professoru Nəsir Əhmədli, BAAU-nun müəllimləri Çiçək Hüseyinova və Mütəllim Rəhimov və Gənc şair və qiraətçi Elçin Aslangil iştirak ediblər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18647″ id=”18647″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]