[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/ENT9811.jpg” ]
Sentyabrın 20-si Central Park Hotel-də Azərbaycan Rrespublikasının Prezidenti yanında Gənclər Fondu və YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Uşaqlığımın qəhrəmanı” cizgi film festivalı layihəsinin təqdimatı olub.
Gənc sosioloq, psixoloq və qrafik dizaynerlərdən ibarət təşəbbüs qrupunun əməkdaşlığı nəticəsində ərsəyə gələn layihənin əsas məqsədi müasir azərbaycanlı uşağın yeni cizgi filmi qəhrəmanı obrazını yaratmaq olub. Təqdimatda çıxış edən layihə rəhbəri Maral Mustafazadə Azərbaycanda milli cizgi filmi obrazının olmamasını və bu boşluğun azərbaycanlı uşaqların milli-mənəvi ruhda yetişməsində böyük problemlər yaratdığını vurğulayıb. “Problemi qismən də olsa aradan qaldırmaq üçün belə bir araşdırma apardıq, uşaqlardan necə bir cizgi filmi qəhrəmanı görmək istədiklərini soruşduq.” – deyə layihə rəhbəri əlavə edib.
Layihə müddətində məktəb və bağçalarda kiçik yaşlı uşaqlar üçün müxtəlif ölkə və mədəniyyətləri təmsil edən cizgi filmlərinin nümayişi ilə festival təşkil olunub. Bu zaman təşəbbüs qrupu müşahidələr aparılıb, cizgi filmlərinin müzakirəsini təşkil edilib, sosio-psixoloji metodlar tətbiq etməklə uşaqların fikrini öyrənməyə çalışıblar. Nəticədə Azərbaycan cizgi filminin müasir qəhrəmanı modeli hazırlanaraq təqdim olunub. Bu qəhrəman Taptap adlı dəvədir, dəvənin əsas xüsusiyyəti isə onun step rəqsi oynamasıdır. Qəhrəmanın qrafik təsviri Heyran Mustafazadəyə aidiir. Layihənin davamı kimi yaradılan qəhrəmanın iştirakı ilə cizgi filminin çəkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, layihənin strateji məqsədi bu cür təkliflər əsasında milli müasir cizgi filmlərinin çəkilməsinə nail olmaq və bu işə gənc peşakarların diqqətini cəlb etməkdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18494″ id=”18494″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]