[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed59.jpg” ]
“Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” İctimayi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirtdiyi “Gənclər fəaliyyətdə” adlı layihə sona çatıb. Layihə çərçivəsində son görüşlər Lənkəran və Quba şəhərlərində baş tutdu. Qeyd edək ki, layihənin əsas məqsədi gəncləri ictimai fəaliyyətə cəlb etmək, müxtəlif könüllük fəaliyyətinə dəstək, yerli və beynəlxalq tədbirlərdə yaxından iştrak etmək, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarının artırılması idi.
Ümumilikdə layihə çərçivəsində Azərbaycanın 6 bölgəsində gənclərlə görüş təşkil edilmişdir. Tədbirlər Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Lənkəran və Quba şəhərlərində keçirilib. Görüşlər zamanı gənclər layihə çərçivəsində digər region gəncləri ilə birgə əməkdaşlığın genişlənməsini müzakirə olunub, gənclərə layihələrin yazılması və idarə olunması haqqında təlimlər keçirilib, gənclərin yerli və beynəlxalq tədbirlərdə iştrakları üçün müəyyən bilgilər verilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18430″ id=”18430″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]