[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed58.jpg” ]
Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkil etdiyi V qrant müsabiqəsinin qalibi olduğu “Məişət zorakılığına yox, erkən nikaha son” layihəsinin ikinci mərhələsinin 20.09.2014-cü il tarixində İmişli rayonunda ilk rəsmi açılşıı və təlimi keçirilib. Rəsmi açlışda “GMK” İB-nin sədri İlkin Abdıyev ilk olaraq açlış nitqi ilə çıxış edib. Təşkilatın sədri öz nitqində hal-hazırda müstəqil Azərbaycanımızda gənclər üçün yaradılan bu cür gözəl şəraitə görə ölkə başçısı cənab Prezdentimiz İlham Əliyevə minnətdarlığını bildirib. Eyni zamanda bu təlimin həyata keçirilməsi üçün şərait yaradan Gənclər Fonduna və İmişli rayon icra hakimiyyətinə öz dərin minnətdarlığını bildirib. daha sonra isə layihənin məzmunu və əsas məqsədi haqqında təlim iştirakçılarına və İmişli rayon icra hakimiyyəti nümayəndilərinə geniş məlumat verdi. Təşkilatın sədrinin açlış nitqindən sonra layihə çərçıvəsində iştirakçılara “Məişət zorakılığına yox, erkən nikaha son” mövzusunda təlim keçirilib. Təlimin sonunda təlimin fəal iştirakçıları sertifikatla mükafatlandırılıb. Bununla yanaşı layihə çərçıvəsində gənclərə buklet, kitab, köynəklər paylanıb. Eyni zamanda layihə çərçıvəsində lahiyənin təlimçisi Ebdul Məhərrəm Məhərrəmov, BDU-nun tələbəsi Məhəmməd Hilalzadə, Rizvan Həmzəyev təlimin həyata keçirilməsində fəal iştirak etdiblər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18405″ id=”18405″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]