[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed49.jpg” ]
Bu gün Saatlı, Sabiradar, Hacıqabul rayonlarında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Karvan Gənclərin İnkişafına Dəstək” ictimai birliyinin “Region gənclərinin könüllülük təşəbbüslərinə dəstək” layihəsinin təlimlərinə yekun vurulub. Təşkilatın sədri Nizami Əhmədovun verdiyi məlumata görə layihənin əsas məqsədi region gənclərinin aktiv sosial inteqrasiyası üçün onlar arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsidir.
Regionlarda icra olunmuş layihə gənclər arasında sosial problemlərin həllinə kömək etməklə bərabər, həmin gənclərin aktiv vətəndaş kimi formalaşdırılmasını nəzərdə tutulmuşdur. Məqsəd layihə çərçivəsində gənclərdə könüllülük işinə maraq oyatmaq, zəruri təbliğat və maarifləndirmək işləri aparmaq, könüllü təşəbbüsləri üzə çıxarmaq, onları dəstəkləmək, könüllülər qrupu formalaşdırmaq və birgə layihələr icra etmək.
Layihənin daha genişlənməsi üçün “Könüllülük Mərkəzi” yaradılıb. “Könüllülük Mərkəzi” daha çox gəncin silsilə olaraq, könüllülük bacarıqlarına yiyələnməsinə və bu işin Azərbaycanda daha çox yayılmasına kömək edəcək.
Layihədə 750-yə yaxın həm orta məktəb şagirdləri, həm də ali məktəb tələbələri iştirak ediblər. Hər bir regionda 4 təlimin keçirilib və hər bir təlimdə 20-25 nəfər iştirak etmişdi. Təlimlər 3 saat interaktiv yollarla keçirilib. Təlimlərdə əsasən könüllülüyün prinsipləri və məqsədləri, könüllünün hüquq və vəzifələri haqqında məlumatlar verilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18322″ id=”18322″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]