[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed24.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunın dəstəyi və “Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi” İctimai Birliyi təşkilatçılığı ilə həyata keçirilən “Ətraf mühitin qorunması sağlam gələcəyin təminatıdır” adlı layihənin növbəti təlimi Quba şəhərində keçirilib. Tədbirdə qeyd edilib ki, müasir dünyanın yeni çağırışları Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Təlimdə iştirak edənlər müstəqillik əldə etdikdən sonra qarşılaşdığımız ən mühim məsələlərdən biri də ətraf mühitin mühafizəsi ilə bağlı problemlərin həllinə ictimaiyyətin aktiv və könüllü cəlb edilməli olduğunu qeyd edib, ölkədə davamlı və sürətli inkişafın olmasına baxmayaraq regionlarda əhalinin ətraf mühütin qorunması və ekoliji maarifləndirmənin təbliği və praktik tətbiqi zəif olduğu üçün cəmiyyətdə yeni ekoloji düşüncə və təfəkkürün, mədəniyyətin formalaşması vacib vəzifələrindən biri kimi qarşıda durduğu qeyd edilib, ölkədə ətraf mühitin mühafizəsi tədbirlərinin yüksəldilməsi üçün uşaqlar, məktəblilər, tələbələr, dövlət qulluqçuları, qeyri hökumət təşkilatları və əmək fəaliyyəti ilə məşğul olan fərdi sektorun nümayəndələri arasında əlaqələndirilən kütləvi maarif sisteminin yaradılmasına, onlarda təbiətdən səmərəli istifadə olunması vərdişlərinin aşılanması üçün fasiləsiz təhsil sisteminin qurulmasına, xüsusi ixtisaslaşdırılan kurslara ciddi ehtiyac duyulduğu diqqətə catdırılıb. Məhz bu günki təlimində bu missiyaya xidmət etdiyi qeyd edilib. Daha sonra təlim diskusiya, inkeraktiv metodlardan istifadə və qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”18035″ id=”18035″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]