[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/09/unnamed-310.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc qadınların regionun sosial-iqtisadi inkişafında rolu” layihəsi çərçivəsində bu gün, gənc qadın sahibkarlar bir araya gəldilər. İlk öncə, layihənin rəhbəri Rəvanə Hüseynova tədbiri açdı və bu layihə haqqında, məqsəd və vəzifələr haqqında geniş danışıb. O, bu layihənin həyata keçirilməsinə dəstək olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna, şəxsən Fondun icraçı direktoru cənab F. Hacıyevə, təşkilati dəstək olan Şəki Gənclər və İdman İdarəsinə, şəxsən idarənin rəisi cənab V. İsgəndərova, texniki dəstək göstərən “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinə, şəxsən Birliyin sədri cənab M. Nağıyevə öz təşəkkürünü bildirib. O, layihə çərçivəsində görüləcək işlər haqqında da məlumat verərək bildirdi ki, bu gün Dövlətimiz regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayan layihələri gənclərə həvalə edir. Hal-hazırda yüzlərlə gənclər müxtəlif layihələr çərçivəsində tədbirlər həyata keçirir, görüşlər və sərgilər təşkil edirlər. Mən də, bir ictimaiyyətçi kimi, öz bilik və bacarığım sayəsində bizim regionun sosial-iqtisadi inkişafında mühüm rol oynayan gənc qadın sahibkarları ətrafıma toplamışam və istəyirəm ki, bundan sonra “regionun sosial-iqtisadi inkişafı üçün nələri etmək olar” mövzusunda təlimlər təşkil edərək sizlərin fikirləri öyrənim. Layihə rəhbəri daha sonra sözü “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və layihə üzrə təlimçi M. Nağıyevə ünvanladı. Təlimçi əvvəlcə təlim iştirakçıları ilə yaxından tanış oldu və təlimin gündəliyini onlarla müzakirə edib. Qadın sahibkarların təkliflərini nəzərə alaraq təlimi onların arzu və istəkləri əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Təlimçi, yaşadığımız regionun həqiqətən də son illər daha da inkişaf etdiyini önə gətirdi və bir çox misallar göstərdi. Onu da qeyd etdi ki, hələ gələcəkdə nə qədər işlər görülməlidir ki, bunun üçün də Siz gənclər Dövlətimizin bizim qarşımızda qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlməliyik. Daha sonra, təlim iştirakçılarına söz verilib. Əvvəlcə gənc sahibkar Aysel Rəhimli çıxış edib. O da, öz çıxışında regionların sosial-iqtisadi inkişafında böyük irəliləyişlərin olduğunu qeyd edib. Çıxış edən gənc sahibkarlardan, Şəfəq Həmidli, sənətkarlıqla uzun zamandır məşğul olan və sənət əsərləri ilə ad qazanan gənc sahibkar Türkan İbrahimli və Ülkər Süleymanova öz fəaliyyətlərindən və regionun sosial-iqtisadi inkişafında əllərindən gələni əsirgəmədiklərindən danışdılar. Gənc qadın sahibkarların təklifləri ilə təlimin 3 gün müddətində ard-arda keçirilməsinin daha faydalı olacağını nəzərə alaraq 5 və 6 sentyabr tarixlərində də növbəti təlimlərin keçirilməsi məqsədəuyğun hesab edildi. Sonda, layihə rəhbəri çıxış edərək bir daha gənc qadın sahibkarlara öz minnətdarlığını bildirdi və növbəti 2 təlimin də 5 və 6 sentyabr tarixlərində keçirilməsi təsdiq olundu. O qeyd etdi ki, bu təlimlər layihənin icra planında da öz əksini tapıb. İlk təlim çox mənalı, maraqlı, interaktiv və müzakirələr şəraitində keçib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17884″ id=”17884″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]