[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-265.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi V qrant müsabiqəsində qalib olan “Azərbaycan Gənc Marketoloq-Reklamçılar” İctimai Birliyinin “Sahibkarlığın inkişafında marketinq – reklam xidmətlərinin maarifləndirici rolu” adlı layihəsinə 1 iyul 2014-cü il tarixindən start verib. Layihənin əsas məqsədi Şəki-Zaqatala regionu üzrə gənc sahibkar və fermerlərin fəaliyyətinin inkişafında marketinq və reklam xidmətlərinin maarifləndirici rolunun qiymətləndirilməsi, bu sahədə elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyyələrin hazırlanmasından ibarətdir. Marketinq və reklam xidmətlərinin maarifləndirici rolu dedikdə, bu fəaliyyətin reallaşdırılmasına dair qərarların qəbul edilməsi məqsədilə onun region mühitinə dair informasiya toplanması, onların işlənməsi, təhlil edilməsi, ümumiləşdirilməsi və marketinq, reklam fəaliyyəti üzrə təklif və tövsiyyələrin hazırlanması və gənc sahibkarlara, fermerlərə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə “Azərbaycan Gənc Marketoloq-Reklamçılar” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sahibkarlığın inkişafında marketinq – reklam xidmətlərinin maarifləndirici rolu” adlı layihə Şəki-Zaqatala regionunda maarifləndirici seminarlar təşkil edib. Seminarlarda sahibkarlığın inkişafında marketinq – reklam təbliğatının aparılmasının zəruriliyindən, yəni müasir dövrdə bazarda rəqabət mübarizəsinin kəskinləşməsi, istehlakçıların alış motivlərinin və davranışının daima dəyişməsi, məhsul və xidmət çeşidinin genişlənməsi tezliyinin yüksəlməsi, digər bazar subyektlərinin iqtisadi və sosial davranışının sabit olmaması və s. nəticəsində sahibkarların bazar fəaliyyətində qeyri-müəyyənlik və risk amilinin səviyyəsinin artması barədə məlumatlar verilib. “Sahibkarlığın inkişafında marketinq – reklam xidmətlərinin maarifləndirici rolu” adlı layihə avqustun 20-si Zaqatala, avqustun 21-i Qax və Balakən, avqustun 22-si isə Şəki və Oğuz rayonlarında keçirilib. Seminarlarda tədbir iştirakçıları layihənin effektivliyinin artırılması məqsədilə hazırlanmış çap və təbliğat məhsulları ilə tanış olublar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17650″ id=”17650″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]