[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/10634184_672523219509750_1932266957_n.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi V qrant müsabiqəsində qalib olan “Əldən-Ələ” layihəsi davam edir. Layihənin əsas məqsədi gənclərin bakalavr və magistr pillələrinə hazırlaşmasına, həmçinin, fərdi inkişafına dəstək olmaqdır. Bildiyiniz kimi, Azərbaycanda maddi şəraiti imkan vermədiyi üçün əldə etmək istədiyi təhsilin arzusundan imtina edən gənclər kifayət qədərdir. Sizin “Kitab Qutu”suna ataraq gənclərlə paylaşa biləcəyiniz kitablar: 1. Bakalavr mərhələsinə hazırlıq zamanı abituriyentin ehtiyac duyduğu hər cür öyrədici materiallar: test kitabçaları, test bankları və xüsusi fənnlərlə bağlı konspekt kitablar
2.Hər hansı bir dilin fərdi qaydada öyrənilməsi üçün lazım ola biləcək vəsaitlər: qrammatika kitabları, testlər və lüğətlər
3. Magistr pilləsinə hazırlıq üçün lazım olan informatika, məntiq kitabları və testləri
4. Gənclərimizin fərdi inkişafı üçün tövsiyyə etdiyiniz kitablar
5. Müəyyən bir sahədə təkmilləşmək üçün yararlı saydığınız ixtisasyönümlü jurnallar
6. Bədii kitablar
Aksiya 29 avqust-1 sentyabr tarixləri arasında Park Bulvar AVM də saat 16:00-dan 22:00-a qədər keçiriləcək. Siz də bu aksiyanın bir hissəsinə çevrilin və istedadlı, savadlı gənclərin təhsil almasına, dunyagörüşünün artırılmasına kömək edin.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17627″ id=”17627″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]