[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed60.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Nəzərov Ələkbər Saməddin oğlu tərəfindən Gəncə və Lənkəran şəhərlərində həyata keçirdiyi “Gənclərin informasiya texnologiyalarına və intellektual sistemlərə marağın artırılması” layihəsi uğurla yekunlaşıb. Layihənin məqsədi gənclər arasında informasiya texnologiyalarına və intellektual sistemlərə marağın artırılması və asudə vaxtının səmərəli keçirməsinə dəstək olmaqdır. Təlim zamanı gənclərə informasiya texnologiyaları haqqında bilikləri özündə cəmləşdirən maarifləndirici bukletlər paylanılıb. Layihə gənclər tərəfindən maraqla qarşılanıb.Təlim zamanı qeyd olunub ki, müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının bütün sahələrinin kompüterləşdirilməsi və iformasiyalaşdırılmasıdır. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrib, onun əhatə dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə edibdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.
Təlimdə 50 nəfər yaxın gənc iştirak edib.