[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed57.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Dəmirov Elnur Samid oğlu tərəfindən Saatlı və İmişli rayonlarında həyata keçirilən “Mənim sağlamlığım-mənim gələcəyim” gənclər arasında festival adlı layihə başa çatıb. Layihənin məqsədi gənclər arasında idmanın, sağlamlığın təbliği, zərərli vərdişlərə qarşı maarifləndirmə işinin aparılması, gənclərdə sağlamlıq ruhunun artırılması və asudə vaxtının səmərəli keçirməsinə dəstək olmaqdır.Tədbir zamanı gənclərə maarifləndirici sağlamlıqla bağlı bukletler paylanılıb. Festival vasitəsi ilə maarifləndirmə işlərinin aparılması region gəncləri üçün çox əhəmiyyətli bir haldır.Əsas məsələ gənclərə sağlamlıq haqqında düzgün informasıyanın verilməsinə nail olmaq və ən əsası festivala qoşulan gənclər üçün maarifləndirmə işinin dəqiq, düzgün aparılmasıdır. Festival ümumilikdə 50 nəfərdən çox gənc iştirak edib. Festival zamanı sağlamlığın qorunması yolunda gənclərə geniş informasiya verilib. Festivalın əsas hədəfi Saatlı və İmişli gəncləri arasında idmanın kütləvi inkişafına nail olmaq və gənclərin vətənpərvər ruhda böyüməsinə yardımçı olmaqdır.