[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-255.jpg ” ]
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin 16/07/2014-16/11/2014 tarixlərini əhatə edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, Gəncə şəhərində həyata keçirilən “2016 Avropa Gənclər Paytaxtında Gənc Liderlər Akademiyası” adlı layihəsi davam edir.
Akademiyanin baş tutan təlimlərində gənclər “İctimai Fəaliyyət”, “Könüllülük” “Sosial Media” “Strateji planlaşdırma” və “Problemin seçilməsi” mövzuları ilə yaxında tanış olublar. Təlim müddətində qeyri-formal təhsil üsulları əsasında qruplarla işləyərək yeni biliklər əldə ediblər.
Məqsəd fəal gənclərin liderlik bacarıqlarına yiyələnmələrinə, gələcəkdə müstəqil layihələrin yazılması və idarə edilməsinə, yerli gəncləri vahid aktiv vətəndaşlıq məsələsi ətrafında toplamaqla onlara çoxlu imkanlar təmin edilməsinə köməklik etməkdir.
Gənclərin bilik, bacarıq və təcrübələrinin artırılması; Gənclər arasında şəbəkələşmənin genişlənməsi; Gəncə şəhərində yaşayan gənclərin informasiya bazasının yaradılması; Gəncləri komanda işi və liderlik bacarıqlarının aşılanması layihənin əsas prioritetləri sırasındadır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17540″ id=”17540″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]