[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-431.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Tarix bizi yaşadır” layihəsinin təqdimatı olub. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov partiyanın gənclərinin daim maraqlı layihələrlə çıxış etdiyini bildirib. Onun sözlərinə görə, “Tarix bizi yaşadır” layihəsinin rəhbəri də partiyamızın gənc üzvü Əli Qamətzadədir. Əli Qəmədzadə layihə haqqında ətraflı məlumat verib . Layihənin təqdimatında çıxış edən Bakı Dövlət Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov tarix elminin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, hər bir xalq öz tarixini dərindən öyrənməlidir. Xüsusilə, gənclərin tariximizin öyrənilməsinə diqqətlə yanaşmasının zəruriliyini vurğulayan Ə.İbrahimovun sözlərinə görə, xalqın gələcəyi naminə tariximiz həmişə öyrənilməlidir. “Azərbaycan xalqı zəngin tarixə malikdir. Bu tarixi gənclər öz fəaliyyətləri, töhfələri ilə zənginləşdirməlidirlər”, – deyə BDU-nun müəllimi bildirib. Ə.İbrahimov belə layihələrin əhəmiyyətini vurğulayıb, gəncləri maraqlandıran sualları cavablandırıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17482″ id=”17482″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]