[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/g.png ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər və kitab: “Gənc Kitabsevərlər Klubu” üzvlərinin region gəncləri ilə görüşlərinin təşkili” layihəsi çərçivəsində icra planına uyğun olaraq fəaliyyət davam etdirilir. Qax şəhərində dövlət və hökumət orqanlarının rəhbərləri ilə işçi qrupunun keçirdiyi görüşlər işgüzar və interaktiv şəraitdə baş tutub. Artıq, layihənin fəaliyyət planına əsasən “Genc Kitabsevərlər Klubu” üzvləri ilə Qax rayon gənclərinin görüşləri üçün ilkin danışıqlar başlanıb. Qax şəhərində işçi qrup üzvləri Qax rayon Mədəniyyət və Turizm İdərəsinin rəisi cənab Nəzir Omarovla görüş keçirib. Görüşdə Qax rayon kitabxanalarının işçiləri də iştirak ediblər. Əvvəlcə layihə rəhbəri A. Nağıyeva layihə haqqında görüş iştirakçılarına məlumat verib. Layihənin məqsədini və indiyədək həyata keçirdiyi tədbirlərdə və görüşlərdə əldə olunan nəticələri iştirakçılara məruzə edən layihə rəhbəri A. Nağıyeva qeyd edib ki, bu gün Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin uzaq görən siyasətinin nəticəsidir ki, dövlətimiz gənclər üçün böyük işlər görür, onların asudə vaxtlarının təşkilinə, gənclərin müxtəlif sahələr üzrə maarifləndirilməsinə və dünya görüşlərinin artırılmasına və Azərbaycan Gəncliyinin inkişafına dəstək verir. O, belə bir layihənin həyata keçirilməsi üçün maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə və şəxsən fondun icraçı direktoru cənab Fərhad Hacıyevə öz təşəkkürünü bildirib. Daha sonra, çıxış edən Qax rayon kitabxanasının rəhbər və işçiləri həqiqətən bu layihənin Qax rayon gənclərinə böyük töhfələr verəcəyinə inandıqlarını və belə görüş və tədbirlərin Qax rayon kitabxanalarında da tez-tez təşkil olunmasını arzuladıqlarını qeyd ediblər. Onlar təklif ediblər ki, bu tipli layihələrin Qax rayon gənclərinin maarifləndirilməsində, onlarda kitaba olan marağın artırılmasında və onların asudə vaxtlarının təşkilində böyük və hərtərəfli köməyi olacaqdır. Qax rayon Mədəniyyət və Turizm İdarəsində görüş başa çatdıqdan sonra Qax rayon Mərkəzi Kitabxanasında və 5 saylı rayon kitabxanasında görüşlər davam etdirilib.Buklet və broşürlar kitabxanalara da təqdim olunub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17317″ id=”17317″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]