[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-105.jpg ” ] Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Eşitmə qüsurlu insanların kompyuter biliklərinin artırılması kursu ”çərçivəsində 7 eşitmə qüsurlu gəncə paytaxtda təlim kursları keçirilib. Layihə müddətində gənclərə ofis proqramları və CV hazırlanması qaydası mükəmməl səviyyədə təlim olunub, inklüziv və hamı üçün çıxış imkanlarına malik əmək bazarına daxil olması yolları haqqında məlumat verilib. 2 ay davam edən layəhınin əsas məqsədi eşitmə qüsurlu gənclərin aktiv cəmiyyətə inteqrasiya imkanlarını genişləndirməkdir. Layihə rəhbəri Elnarə Məmmədova bu layihənin xüsusi qayğıya ehtiyacı olan insanlar üçün hazırlanan planların bir hissəsi olduğunu vurğulayıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17273″ id=”17273″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]