[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-420.jpg ” ]
“Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” İB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəki, Mingəçevir, Qəbələ, Quba, Lənkəran və həmçinin Gəncə şəhərlərində “Gənclər fəaliyyətdə” adlı layihə icra edir. Layihənin əsas məqsədi gəncləri ictimai fəaliyyətə cəlb etmək, müxtəlif könüllük fəaliyyətinə dəstək, yerli və beynəlxalq tədbirlərdə yaxından iştrak etmək, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarının artırılmasıdır. Layihə çərçivəsində ilk görüş Gəncə və Mingəçevir şəhərlərində baş tutub. Müxtəlif mövzular üzrə keçən diskusiyalarda gəncləri maraqlandıran suallara cavab verilib. Onların ictimai fəaliyyətə marağın artırılması üzrə müxtəlif tədbirlərdə iştrakı stimullaşdırılıb. Həmçinin layihələrin yazılması və idarə olunması üzrə məsləhətlər verilib. Layihə çərçivəsində gənclərin müxtəlif bölgələr üzrə şəbəkəsi yaradılıb ki, gənclərin bir-biri ilə ünsiyyəti daha da effektli olsun. Layihə çərçivəsində növbəti görüşlər Şəki və Qəbələ şəhərlərində keçirilməsi planlaşdırılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17222″ id=”17222″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]