[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-127.jpg ” ]
30 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi Rayon Təşkilatının təşkilatçılığı ilə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında “Gənclər arasında protokol qaydalarının təbliği” adlı fərdi layihəsinin ikinci hissəsi və bağlanış mərasimi keçirilib. Tədbir təlimçi Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Sənan Nəcəfovun təqdimatında “Bədən dili”ndən bəhs edən mövzu ilə davam edib. Təlimçi hər bir şəxsin iş həyatında daha yaxşı nailiyyətlər əldə etməsi nöqteyi nəzərindən “Bədən dili” haqqında məlumatlı olmasının əhəmiyyətini diqqətə çatdırıb. Təlimçi bildirib ki, davranışlarımızı, jest və mimikalarımızı yerində və vaxtında istifadə etsək, insanlara təsir gücümüz artar, həddindən artıq əl-qol hərəkətləri, mimikaların çoxluğu dinləyənin diqqətini azaldaraq mövzunu zəiflədər. Biri ilə söhbət etdikdə, “bədən dili”mizi düzgün istifadə edə bilməyimiz üçün hər şeydən əvvəl diqqətimizi o adama və mövzuya verməyimizin vacib olduğunu vurğulayıb. Təlimçi “Bədən dili”nin təhsil sahəsində də faydasının ən azı ünsiyyət qədər vacib olduğunu qeyd edib. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təlimin sonunda iştirakçılar arasında diskussiya aparılıb. Təlim yekunlaşdıqdan sonra layihə rəhbəri Telman İmanov ona göstərilən dəstəyə görə bir daha təşkilatçılara təşəkkürünü bildirib. Sonra YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov çıxış edərək, təlimin çox aktual və eyni zamanda peşəkar iş həyatında uğur qazanmaq istəyən hər bir şəxs üçün önəmli olduğunu nəzərə çatdırıb. Binəqədi rayon Gənclər və İdman İdarəsinın rəisi Qüdsi Bayramov gənclərə təlim nəticəsində əldə etdikləri biliklərdən səmərəli istifadə etməyi, qazandıqları bilik və bacarıqlardan dövlətimizin möhkəmlənməsi və daha güclü olması istiqamətində məqsədyönlü şəkildə tətbiq etməyi məsləhət görüb. Sonda təlimdə iştirak edən şəxslərə sertifikatlar təqdim olunub. [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”17082″ id=”17082″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]