[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-210.jpg ” ] 1 iyul 2014-cü il tarixində Ucar rayonunda gənclər üçün təlim keçirilib. Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gəncliyə Dəstək” İctimai Birliyi tərəfindən “Sosial məsələlərin həllində region gənclərinin rolunun artırılması məqsədilə könüllülük fəaliyyətinin təbliği” adlı layihə çərçivəsində təşkil olunub. Ucar rayon Gənclər və İdman İdarəsinin rəis Əhliman İbrahimov, “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov, təlimçilər Babək Mikayılov, Pərviz Bəşirov, və 25 gəncin iştirak etdiyi tədbir çox faydalı olub. Belə ki, Ucar gəncləri könüllülük fəaliyyətinin nədən ibarət olması, bu fəaliyyətin onlara hansı üstünlüklər qazandırması və ümumilikdə könüllülük fəaliyyəti nəticəsində cəmiyyətə, ictimaiyyətə necə faydalı ola biləcəkləri haqda geniş məlumat əldə ediblər. Sonda “Gəncliyə Dəstək” İctimai Birliyi tərəfindən Ucar gənclərinə təbliğat materialları və köynəkləri paylanılıb. Qeyd edək ki, layihənin məqsədi könüllü fəaliyyəti təbliğ etməklə, gəncləri könüllü fəaliyətə cəlb etmək və bununla sosial məsələlərin həllində region gənclərinin rolunun artırılmasına nail olmaqdan ibarətdir.