[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-19.jpg” ]
Sumqayıt Tələbələr İttifaqı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 26-27 İyul 2014-cü il tarixlərində “Akademiya” Region gənclərinin ictimai fəaliyyətinin artırılması layihəsi çərçivəsində “Ünsiyyət” və “Media” modulları üzrə təlimlər həyata keçirib. Təlimlər İsmayıl Kərimov tərəfindən aparılıb. Təlim zamanı iştirakçılar “Ünsiyyət” və “Media” modulları üzrə müxtəlif oyun və simulyasiyalarda iştirak ediblər. Layihənin əsas məqsədləri region gəncləri arasında ictimai aktivliyi, ünsiyyət, bilik və təlimçilik bacarıqlarını artırmaqdır. Layihənin keçirilməsi məqsədi ilə 25 nəfər aktiv gənc seçilib. Onlara liderlik, təşkilati quruculuq, layihə yazılışı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna müraciət, fandreyzinq, ünsiyyət və təlimçilik bacarığı kimi mövzular üzrə üç ay müddətində təlim keçirilməsi nəzərdə tutulub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16861″ id=”16861″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]