[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed-16.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) tərəfindən keçirilən “I Ümumrespublika Tərcümə Müsabiqəsinə” yekun vurulub. Ölkənin müxtəlif regionlarından seçilmiş yüzə yaxın gənc tərcüməçinin iştirakı ilə keçirilən müsabiqənin ilk turu Bakı şəhərində keçirilib və bu mərhələdə iştirakçıların yazılı tərcümə bacarıqları yoxlanılıb. Növbəti tura keçən 50 iştirakçı yenə Bakı şəhərində mübarizə aparıb yazılı və şifahi tərcümə üzrə sınaqdan keçiblər. Nəhayət Beynəlxalq Tərcümə Federasiyasının rəsmi təqvimində öz yerini tutan bu müsabiqənin yekun mərhələsi Gəncə şəhərində baş tutub və 25 finalçının iştirak etdiyi mərhələdə 1-ci yerin sahibi Gülnaz Cavadova, 2-ci yerin sahibi Günel Soltanova və 3-cü yerin sahibi Cəmilə Hüseynova olub. Qaliblərə sertifikatlar təqdim olunub. Bundan əlavə təşkilatçı AGTA 1-ci yerin sahibi Gülnaz Cavadovanı ilk AGTA təqaüdçüsü elan edib və 6 ay müddətinə aylıq təqaüd ayırıb. 2-ci yerin sahibinə planşet, 3-cü yerin sahibinə isə elektron lüğət hədiyyə olunub. Ölkə səviyyəsində son illərdə tərcümə sənətinə ayrılan diqqət fonunda keçirilən bu müsabiqənin məqsədi gənclər arasında tərcümə sənətini təşviq etmək, perspektivli gəncləri üzə çıxarmaq və onların işlə təminatında köməklik göstərməkdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16783″ id=”16783″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]