[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/10525991_705957579440519_3696555248632150477_n.jpg ” ] Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Nə? Harada? Nə zaman? Sumqayıtda layihəsi” çərçivəsində intellektual festival baş tutub.Tədbirin əvvəlində layihənin rəhbəri, Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin nəznində fəaliyyət göstərən “Sumqayıt İntellekt Mərkəzi – SİM klubun prezidenti Ruslan Zeynalov çıxış edərək intellektual festivalın əhəmiyyətindən danışıb, bu layihənin həyata keçirilməsinə dəstək göstərən Gənclər Fonduna xüsusi təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbir açıq elan olunub. Qeyd edək ki, ümumilikdə iki hissədən ibarət olan turnirin birinci mərhələsində Nə? Harada? Nə zaman? intellekatual oyunu üzrə hər birində 6 nəfər olmaqla 29 komanda yarışıb. Seymur Salamov və Vüqar Ağayevin müəllifi olduğu 45 suallıq “SUMmer Cup” turnirinin sonunda I yerə “Yasamal”, II yerə, “Məclisi-Şüəra”, III yerə isə “Avalon” komandaları layiq görülərək diplom, qiymətli hədiyyələr və kubok qazanıblar. Bu turnirdə ilk 8 yerdə qərarlaşan komandaların bilikləri layihənin ikinci mərhələsində “Xəmsə Milli İntellektual oyunu”nda sınağa çəkilib. Aparıcı Sabir Əskərovun səsləndirdiyi suallara cavab verməyə çalışan komandalar arasında keçən gərgin və maraqlı mübarizənin sonunda I yeri “Məclisi-Şüəra”, II yeri “Hərum”, III yeri isə “Yasamal” komandası qazanıb. “Xəmsə”nin də qaliblərinə diplomlar, hədiyyələr və kubok təqdim edilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16752″ id=”16752″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]