[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/07/unnamed29.jpg ” ]
Quba rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İntellektual çox növçülük üzrə Tələbə kuboku” turniri keçirilib. Layihənin rəhbəri Nizami Hüseynovun verdiyi məlumata görə tədbir “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin və Quba rayon Gənclər və İdman İdarəsinin yaxından dəstəyi ilə reallaşdırılıb. Tədbirdə respublikamızın müxtəlif ali təhsil müəssisələrindən təhsil alan müxtəlif regionlardan olan 54 nəfər gənc 9 komandada mübarizə aparıb. Yarış Nə? Harada? Nə zaman?, Xəmsə və Breyn rinq üzrə keçirilib. Əsasnaməyə uyğun olaraq yekunda ən çox xal toplamış komandalar ilk üçlüyü bölüşüb. Nə? Harada? Nə zaman? oyununda “Bakılı qızlar” komandası 1-ci, “Hərum” 2-ci, “Şeşqoşa” komandası 3-cü olub. Xəmsə turnirində isə “Hərum” intellektləri fərqlənib. Bakı Dövlət Universitetinin komandası 2-ci, Beyləqanın “Mil” komandası 3-cü olub. Breyn rinq turnirində isə Bakı Dövlət Universitetinin intellektual gəncləri qalib adını qazanıb. “Bakılı qızlar” 2-ci, “Mil” komandası 3-cü olub. Tədbirin sonunda qalib və mükafatçılara kubok və medallarla yanaşı diplomlar və kitablar hədiyyə edilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16636″ id=”16636″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]