[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/07/unnamed-127.jpg ” ] Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) əcnəbi gənclərin ölkəmiz, onun çoxmədəniyyətli təcrübəsi, tolerant ənənəsi haqqında məlumat səviyyələrinin yüksəldilməsi, mədəniyyətlərarası dialoq və əməkdaşlıq sahəsində həyata keçirdiyi “Multikulturalizmin Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumu öz işini Qubada uğurla başa çatdırıb. Forum geniş proqrama uyğun fəaliyyətləri ardıcıllıqla 5 gün ərzində əcnəbi və yerli gənclərin fəal iştirakıyla həyata keçirilib.Rəsmi plenar açılışda Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, Milli Məclisin deputatları Vahid Əhmədov, Yevda Abramov, Prezident Administrasiyasi millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin baş məsləhətçisi Anna Bayramova, gənclər təşkilatları rəhbərləri və digər qonaqlar iştirak edib, öz çıxışları ilə Forumun işini yüksək qiymətləndiriblər. Forum iştirakçıları Qubada yəhudilərin kompakt yaşadığı Qırmızı qəsəbəyə, Xınalıq kəndinə, Soyqırım Məzarlığına və digər tarixi, mədəni yerlərə səfərlər də ediblər. Forum müddətində əcnəbi gəncləri rayon rəhbərliyi qəbul edib, Gənclər Mərkəzi ilə tanışlıq olub, maraqlı konsert proqramı və mədəniyyətlərarası gecə təşkil olunub. Forum müddətində 4 maraqlı mövzu üzrə panellər təşkil olunub və geniş diskusiyalar aparılıb. Azərbaycanın multikulturalizm modeli və təcrübəsi yüksək qiymətləndirilib. Forum öz işini çox əhəmiyyətli Quba Bəyannaməsinin qəbulu ilə başa çatdırıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16615″ id=”16615″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]