[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/07/544284_103481076518736_84691532_n.jpg ” ]
16-17 iyul 2014-cü il tarixlərində Şəki şəhərində “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezindenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Davamlı insan inkişafına mane olan amillərlə mübarizə” adlı layihə həyata keçirilib. Layihənin keçirilməsində əsas məqsəd davamlı insan inkişafına mane olan amillər barədə gəncləri məlumatlandırmaqdır. Layihənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Ramin Cəfərov, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyinin sədri Murad İsayev iştirak edib. Çıxış edən V.İskəndərov gənclərin inkişafına mane olan amillərə qarşı maarifləndirilmə işində layihənin önəmindən danışıb. Daha sonra çıxış edən R.Cəfərov Gənclər Fondu haqqında iştirakçılara məlumat verib və onları da öz ideyalarını reallaşdırmaq üçün Gənclər Fonduna müraciət etməyə çağırıb. Çıxış edən M.İsayev Layihənin məqsədi haqqında məlumat verib və qeyd edib ki, Azərbaycanda siqaretdən istifadə yaşının azalması gənclərin bu sahədə maarifləndirilməsinə ehtiyac olduğunu göstərdi. Açılış mərasimindən sonra gənclərlə təlimlər başlanılıb. 2 gün ərzində layihənin məqsədinə uyğun olaraq siqaret, narkomaniya, insan alveri, alkoqalizmdən qorunmaq haqqında təlimlər keçirilib. Layihədə Şəki və respublikanın digər regionlarından gənclər iştirak edib. Layihənin sonuncu günündə layihənin bağlanış mərasimi keçirilib və layihə iştirakçılarına sertifikatlar verilib.