[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/07/unnamed15.jpg ” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin qalibi olan “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi “Gec qalmayın, gənc qalın” adlı layihənin icrasına başlayıb. Layihənin tərkib hissəsindən biri də 3 aylıq tibb kurslarının təşkilidir. Artıq 50 tələbədən ibarət olan kurslar uğurla davam edir. Bu kurslarda müdavimlər İlkin Tibbi Yardım biliklərinə yiyələnməklə bərabər özəl klinikalarda tücrübə keçmək imkanına malik olacaqdır. Ümumilikdə 4 ay icraası olan layihənin 4-cü ayı İsmayıllı, Gədəbəy, Yevlax, Mingəçevir, Şəki və Zaqatala şəhərlərində davam etdiriləcəkdir.