[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/07/unnamed-111.jpg ” ]
Bildirildiyi kimi “Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə bu ilin iyun-sentyabr aylarında “Sosial məsələlərin həllində region gənclərinin rolunun artırılması məqsədilə könüllülük fəaliyyətinin təbliği” adlı layihə həyata keçirir. Layihə çərçivəsində 05 iyul 2014-cü il tarixində Zərdab şəhərində təlim kurs keçirilib. Təlim kursunda ilk əvvəl birliyin sədri Eldar Xəlilov layihənin təqdimatını edib, birlik barədə və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu barədə məlumat verib, daha sonra ölkədə uğurla icra olunan dövlət gənclər siyasəti, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı barədə və Könüllü Fəaliyyəti Haqqında Azərbaycan Respublikasının Qanunu haqqında məlumatları iştirakçıların nəzərinə çatdırıb. Sonra təlimçilər Babək və Ələkbər təlimin gündəliyinə uyğun olaraq Könüllülük nədir, könüllülüyün tarixi, könüllüyün prinsip və məqsədləri, könüllülüklə bağlı yerli və beynəlxalq təcrübə, könüllülüyün cəmiyyətin inkişafına töhfəsi, könüllülüyün gənclərin inkişafında və karyerasında uğuru, gəncləri könüllü fəaliyyətlə sosial məsələrin həllinə maraqlandırmaq yolları istiqamətlərində çıxışlar ediblər. Sonda gənclərdən: Ramil, Xamiz və başqaları könüllü fəaliyyəti keçmiş və bunun nəticəsində qazandıqları uğurlarından danışıblar. Layihənin məqsədi könüllü fəaliyyəti təbliğ etməklə, gəncləri könüllü fəaliyətə cəlb etmək və bununla sosial məsələlərin həllində region gənclərinin rolunun artırılmasına nail olmaqdan ibarətdir. Layihə zamanı 13 iyul 2014-cü il tarixdə Zərdab rayonunun Şıxbağı kəndində bələdiyyəyə məxsus futbol meydancasının könüllülərin iştirakı ilə oyun hazırlanıb, Ucar və Gədəbəy rayonlarında təlimlərin keçirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16361″ id=”16361″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]