[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/07/unnamed-12.jpg ” ]
Sumqayıt Tələbələr İttifaqı tərəfindən 29.06.2014-cü il tarixində “Akademiya” Region gənclərinin ictimai fəaliyyətinin artırılması layihəsinin təqdimat mərasimi keçirilib.
Layihənin əsas məqsədləri region gəncləri arasında ünsiyyət, ictimai aktivlik, təlimçilik və s. istiqamətlərdə bilik və bacarıqları artırmaqdır.
“Akademiya” Region gənclərinin ictimai fəaliyyətinin artırılması layihəsinin keçirilməsində əsas məqsəd region gənclərindən 30 nəfər aktiv gənc seçərək onlara liderlik, təşkilati quruculuq, layihə yazılışı, Azərbaycan Gənclər Fonduna müraciət, fandreyzinq, ünsiyyət bacarığı, təlimçilik bacarığı kimi mövzular üzrə 3 ay müddətində təlim keçməkdir. Layihənin davamlılığı olararaq təlim iştirakçılarının öz regionlarında layihənin davam etdirilməsi üçün dəstək göstərilməsi nəzərdə tutulub.