[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/06/unnamed-42.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi şəxs Tamella Məmmədova tərəfindən həyata keçirilən “Məcburi köçkün gənclərin məşğulluğuna dəstək” layihəsi çərçivəsində “Gənclərin karyera imkanları” mövzusunda 1 günlük təlim təşkil edilmişdir. Əsasən Füzuli və Xocavənd rayonundan olan 30 nəfər məcburi köçkün gəncin iştirak etdiyi təlimi giriş sözü ilə layihə rəhbəri Tamella Məmmədova açaraq layihənin əsas məqsədi və həyata keçiriləcək fəaliyyətlər barədə ətraflı məlumat verib. Təlimçi Zamira Abbasova tərəfindən “Uğurlu karyeranın sirləri“, “Özünə əminlik”, “Uğurlu müsahibə bacarıqları”, “Peşə təlimi vasitəsilə məşğulluğun təmin olunması” və digər mövzularla bağlı təqdimatlar edilmiş, interaktiv müzakirələr aparılmışdır.
İştirakçılara layihə çərçivəsində çap olunmuş maarifləndirici bukletlər və materiallar paylanılmışdır. Layihənin əsas məqsədi Füzuli rayonunda və məcburi köçkün qəsəbələrində gənclərin məşğulluq probleminin həllinə dəstək göstərməklə yanaşı, gənclərin peşə bacarıqlarının artırılması və məşğulluğunun təmin olunması ilə bağlı digər fəaliyyətləri də nəzərdə tutur. 2 ay ərzində davam edəcək layihə çərçivəsində gənclərin peşə təlimi müəssisələrində görüşləri və digər dövlət orqanlarına səfərləri də nəzərdə tutulur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16024″ id=”16024″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]