[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/06/17796.jpg” ]
“Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi “Özünü tanı, hüququnu bil!” adlı layihəsinin icrasına başlamışdır. Layihənin başlıca məqsədi regionlarda erkən nikahların, ailədaxili zorakılığın qarşısının alınmasına kömək etməkdir. Burada əsas ideya hər bir gənc qızın ana və həyat yoldaşı olmazdan əvvəl qadın və şəxsiyyət kimi formalaşmasının, hər bir insanın özünüdərk prosesini keçməsinin mütləq olmasının əhəmiyyətinin vurğulanmasından ibarətdir.
Bu məqsədə nail olmaq üçün “Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə dörd ay ərzində davam edəcək layihə çərçivəsində bir sıra fəaliyyətlərin icrasını nəzərdə tutur.
Fəaliyyətlərin əsas hədəfi regionda yaşayan gənc qızlar və yeni ailə qurmuş qadınların maarifləndirilməsi və bu şəkildə məişət zorakılığının qarşısının alınması üçün müəyyən addımların atılmasıdır. Dörd ay ərzində Gəncə-Qazax iqtisadi zonasında mövzu ilə bağlı müxtəlif maarifləndirmə tədbirləri, ictimai müzakirələr aparılacaq, mövzu ilə bağlı Kəpəz Tv-də televiziya proqramı hazırlanacaqdır.
Daha ətraflı məlumat əldə etmək üçün layihə rəhbəri Həsənova Ayla Əli qızına müraciət edə bilərsiniz.
tel: 012 596 44 60/ 012 596 08 95
mob: 051 313 49 04
e mail: [email protected]