[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/06/12.png” ]
16 iyun 2014-cü il tarixində “Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirəcəyi “Xoşbəxt ailə-erkən qazanılmış cənnətdir!” adlı layihəsinin icrasına başlayıb.
Layihədə əsas məqsəd ölkə gəncləri arasında ailə institutunun gücləndirilməsi sahəsində hüquqi və psixoloji maarifləndirmə işlərinin aparılması,“Nikah müqaviləsi”nin mahiyyəti və “Ailə məcəlləsi”nə əsasən yaranan hüquqların açıqlanmasından, gənclərin ailə dəyərlərinə düzgün qiymət verməsinin təbliğ edilməsindən və gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasını göstərməkdən ibarətdir.
Layihə çərçivəsində nəzərdə tutulmuş təlimlər zamanı ekspertlər (ailə və uşaq psixoloqları, hüquqşünas, dinşünas və həkim) tərəfindən erkən nikahın fəsadları, milli ailə dəyərləri və gənclərin bu dəyərlərə düzgün qiymət verməsi, hüquqi aspektlər və digər mövzularda maarifləndirmə işlərinin aparılması nəzərdə tutulmuşdur.
Layihə 2 ay Bakı və Şəki şəhərlərində davam edəcək, çap olunacaq nəşrlər layihə iştirakçılarına və digər gənclərə paylanılacaq.