[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/06/IMG_5289.jpg” ]
17 iyun 2014-cü il tarixində Gürcüstanın İdman və Gənclərlə İş Nazirliyi yanında Uşaq və Gənclərin İnkişafı Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndə heyəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində olmuş və Gənclər və İdman nazirinin müavini İntiqam Babayevlə görüşmüşlər. Daha sonra hər iki Fondun əməkdaşları I Fəxri Xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət etmişlər. Eləcə də, Şəhidlər Xiyabanında olan qonaqlara Qarabağ həqiqətləri və 20 Yanvar faciəsi barədə məlumat verilmişdir.
2014-cü il 18 iyun tarixində Gürcüstanın İdman və Gənclərlə İş Nazirliyi yanında Uşaq və Gənclərin İnkişafı Fondu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. Memoranduma, Gürcüstanın İdman və Gənclərlə İş Nazirliyi yanında Uşaq və Gənclərin İnkişafı Fondunun direktoru İrakli Jorjoliani və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev imza atmışlar. Anlaşma Memorandumunun məqsədi tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanaraq, yeniyetmə və gənclərin rifahının vacibliyini nəzərdə tutmaqla, onların ahəngdar inkişafını və sosial inteqrasiyasını təmin etmək, vəzifə və məsuliyyətləri müəyyən etmək barədə razılığa gəlməkdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev tədbir iştirakçılarını salamlayaraq Gənclər Fondunun həyata keçirdiyi və maliyyə dəstəyi ayırdığı layihələr haqqında məlumat vermiş, Fondun prioritetlərindən danışmışdır.
İmzalama mərasimində, həmçinin Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri də çıxış edərək iki ölkə arasında əsrlər boyu müvcud olan dostluğun nəinki regionda, hətta bütün dünyada nümunə ola biləcəyini vurğulamışdır. Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbayacan Tələbə Gənclər Təşkilatları İttifaqanın ofisində olmuşlar.
Yekun olaraq, qonaqlar Bakı şəhərini gəzərək xoş təəssüratlarla ayrılmışlar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15898″ id=”15898″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]