[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/06/unnamed.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şahbazbəyov Cavid “Gənc pedaqoqların İnternet resurslarından effektiv istifadəsinə yardım” layihəsi çərçivəsində 2-3 iyun 2014-cü il tarixində İsmayıllı rayonunda rayonun gənc müəllimləri üçün təlim keçirib. Təlimlər zamanı gənclər internetin imkanlarından daha səmərəli istifadə yolları, iş saytları, uğurlu karyera haqqında dəyərli məlumatlar alıblar. Təlimə ekspert qismində “Biz və Sosial Servislər”, “Bir toxunuşla Yeni Dünya kəşf et”, “Müəllimlər üçün Sosial Servislər” və digər kitabların müəllifi olan təlimçi Ramil Süleymanov qatılmışdır.
Təlimlər interaktiv mühitdə davam etmişdir. Təlimlər zamanı gənclərə Veb 2.0 texnologiyaları, internet resursları, yerli və beynəlxalq müsabiqələrdə iştirak, İKT əsaslı, interaktiv dərs mühitinin qurulması haqqqında ətraflı bilgilər verilmişdir.
Eyni zamanda, treninq iştirakçılarına mövzu ilə bağlı müxtəlif elektron və çap materialları paylanılmışdır.
Təlimin sonunda iştirakçılara diplomlar təqdim edilib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15829″ id=”15829″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]