[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/unnamed17.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun un 4-cü qrant müsabiqəsinin qalibi olmuş ” İnkişaf Naminə İdman” İctimai Birliyinin üzvü olan Səlahəddin Cənnətsoyun fərdi layihəsi “Tələbə Gənc Fəallar” 1 mart-31 may 2014-cü il tarixlərində Bakı şəhəri və Abşeron rayonunun coğrafi ərazilərini əhatə etmişdir. Layihənin keçirilməsinin əsas məqsədi müxtəlif idman növləri vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi, idman və oyunlar vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərmək və gənc mütəxəssislərin təcrübi bacarıqlarının inkişaf etdirilməsi idi. Layihədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyi ilə tərəfdaşlıq edilmişdir. Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan 18-20 yaşlı 10 nəfər gənc tələbə seçilərək müasir tədrisi özündə əks etdirən TOPs metodologiyası ilə təlimatlandırılmışlar. Daha sonra tələbələr Sumqayıt şəhəri və Abşeron rayonu Saray qəsəbəsindəki Xüsusi təyinatlı internat məktəblərindən olan 30 nəfər 12-18 yaşlı uşaqlara TOPs metodologiyası ilə şən, təhlükəsiz və inklüziv idman oyunlarından ibarət məşğələlər təşkil etmişlər. Uşaqlar öz bacarıqlarını Binəqədi rayonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkil etdiyi 6 aprel Ümumdünya Sağlamlıq gününə həsr olunmuş mədəni-kütləvi aksiyada nümayiş etdirmişlər.
Növbəti sonuncu fəaliyyət isə 22 may 2014-cü il tarixində Bakı şəhəri Xətai rayonu 27 nömrəli orta məktəbdə təşkil olunmuş İnteqrativ İdman Festivalında iştirak olmuşdur.
Layihə çərçivəsində aşağıdakı məqsədlərə nail olunmuşdur: 1. İnternatda məskunlaşan 30 nəfər uşağın idman vasitəsilə fiziki imkanları artmışdır, 2. Uşaqlar idmanla məşğul olmağa daha həvəslidirlər, 3. Əlilliyi olan 30 nəfər uşaqda müxtəlif hərəki və sosial bacarıqlar formalaşmışdır, 4. İdman və oyun fəaliyyətləri nəticəsində uşaqlarda özünə güvənmə hissi artmışdır, 5. Sağlamlıq imkanı məhdud olan 10 nəfər uşaqda liderlik və digər sosial bacarılar inkişaf etmişdir, 6. İdmanın hamı üçün mümkünlüyünü və faydasını əyani nümayiş etdirən Yekun İnteqrasiyalı Oyun Festivalı təşkil edilmişdir, 7. TOPs proqramı üzrə təlim keçmiş 10 nəfər tələbə gəncin pedaqoji və məşqçilik təcrübəsi artmışdır, 8. Sosial məsuliyyət haqqında ən azı 200 nəfər tələbənin məlumatlılığı artmışdır.
Layihənin davamlılığını təmin etmək üçün tələbələrdən başqa, layihənin icrasına Bədən tərbiyəsi və İdman Akademiyasının Adaptiv Fiziki Tərbiyə və Əlil idmanı üzrə mütəxəssisləri də cəlb edilmişlər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15724″ id=”15724″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]