[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/05/IMG_7799.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan insanlar üçün reabilitasiya mərkəzlərinin sərgisi” layihəsi yekunlaşıb.
Layihənin məqsədi Bakı şəhəri və rayonlarının ərazisində yaşayan əhalini icmada fəaliyyət göstərən reabilitasiya mərkəzləri və alternativ qayğı xidmətləri barədə məlumatlandırmaq, reabilitasiya və sosial xidmətlər göstərən mərkəzlərə dəstək verərək onların fəaliyyətlərini istifadəçilərin diqqətinə çatdırmaq, xidmət istifadəçilərinin ehtiyaclarını müəyyən etməklə onları müvafiq xidmətlərə yönləndirmək və beləliklə də, Azərbaycanda sosial xidmətlərin inkişafına töhfə verməkdir.
Layihənin birinci mərhələsində 28 aprel 2014-cü il tarixində keçirilən açılış konfransında dövlət qurumları, peşə reabilitasiya mərkəzləri, ictimai birliklər, inkişaf və dəstək mərkəzlərinin nümayəndələri və sosial işçilər layihənin əhəmiyyəti, əlilliyi olan insanlar haqqında dövlət siyasətinin əsas prinsipləri, onların üzləşdikləri problemlər və hüquqları, qeyri-hökumət təşkilatlarının bu sahədəki fəaliyyəti müzakirə olunub.
Layihənin yekununda 29 aprel 2014-cü il tarixində Park Bulvar AVM-də təşkil olunan sərgidə Bakı şəhərinin 11 rayonunda, həmçinin Sumqayıt şəhərində fəaliyyət göstərən reabilitasiya və qayğı mərkəzlərinin fəaliyyətini əks etdirən kitabça, broşur və bukletlər ziyarətçilərə paylanılıb. Sərgi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Ziyarətçilərə təqdim edilən kitabçalarda mərkəzlər və təklif etdikləri xidmətlər haqqında məlumat, ünvan, telefon, elektron poçt kimi məlumatlar toplanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi, UAFA-Azərbaycana Birgə yardım Fondu da öz stendləri ilə sərgiyə dəstək veriblər.
Sərginin təşkilində əsas məqsəd Bakı şəhəri və rayonlarının ərazisində yaşayan əhalini icmada fəaliyyət göstərən reabilitasiya mərkəzləri və alternativ qayğı xidmətləri barədə məlumatlandırmaq, reabilitasiya və sosial xidmətlər göstərən mərkəzlərə dəstək verərək onların fəaliyyətlərini istifadəçilərin diqqətinə çatdırmaq, xidmət istifadəçilərinin ehtiyaclarını müəyyən etməklə onları müvafiq xidmətlərə yönləndirmək və beləliklə də, Azərbaycanda sosial xidmətlərin inkişafına töhfə verməkdir.
Sərgi əlilliyi olan insanların reabilitasiyası üçün hansı növ xidmətlərin mövcud olması və hansı xidmətlərə ehtiyac duyulduğunun müəyyən edilməsi baxımından aktualdır. Beləcə, əlil üzvü olan ailələri mövcud sosial reabilitasiya xidmətləri barədə məlumatlandırmaq, reabilitasiya xidməti göstərən mərkəzlər arasında rəqabəti gücləndirərərk hədəf qrupun ehtiyaclarına daha yaxşı cavab vermələrini stimullaşdırmaq əlilliyi olan insanların cəmiyyətə inteqrasiya prosesini intensivləşdirəcəkdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”15687″ id=”15687″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]