[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-1611.jpg” ]
Azərbaycan Xalça Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Xalça Muzeyinin təşkilati dəstəyi ilə “Naxış” layihəsi həyata keçirilmişdir. Layihənin keçirilməsində əsas məqsəd xalçaçılıq sənətini inkişaf etdirmək, gənclərin bu sahəyə marağını artırmaq, bu sənətlə məşğul olan gənclərin əl işlərinin sərgisini təşkil etmək və gəncləri mükafatlandırmaqdır.
Layihə çərçivəsində 50-yə yaxın gənc öz əl işlərini layihəyə təqdim etmiş, onlardan seçilən ən yaxşı işlərin sərgisi təşkil edilmişdir. Tədbirin sonunda münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı I, II və III yer sahibləri sertifikat və mükafatlarla təltif olunmuşlar.
Qeyd edək ki, layihədə iştirak etmiş iştirakçıların əl işlərinin kataloqunun hazırlanıb ictimaiyyətə təqdim olunması planlaşdırılır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14926″ id=”14926″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]