[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-1313.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Göyçay rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə 8 aprel 2014-cü il tarixində Göyçay rayonunda “Rabitəçi Gənclər” adlı layihə keçirilmişdir.
Layihənin açılışını edən layihə rəhbəri Əhəd Quluzadə qonaqları və iştirakçıları salamlamış və layihənin əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, “Rabitəçi Gənclər” layihəsində əsas məqsəd gənclərin İKT sahəsinə olan tələbatını ödəmək, onlar arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği, müasir texnikadan düzgün istifadə qaydalarının tədrisi işini təşkil etməklə maarifləndirmə fəaliyyətlərini inkişaf etdirmək və onlara lazımi dəstək göstərməkdən ibarətdir.
Açılış mərasimində Göyçay rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, Göyçay İnkişaf Mərkəzi Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyev, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev və ekspert qismində Rabitə və İKT üzrə ekspert, Göyçay Telekommunikasiya Qovşağının nümayəndəsi İlqar Davudov iştirak etmişdir. Sonra layihə təlimlərlə davam edib. Təlimlərin sonunda iştirakçılara şəhadətnamələr təqdim olunub.
Qeyd edək ki, layihə 50 nəfər iştirakçını əhatə edib və təlimlər zamanı gənclərə İKT sahəsində fəaliyyət göstərən ekspert və təlimçilər tərəfindən ən yeni innovativ tədris metodlarına uyğun təlimlər keçirilmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14881″ id=”14881″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]