[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-197.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ rayonunda “İntellekt axtarışında” adlı layihənin icrası uğurla nəticələnib. Layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə Mustafayeva Vəfa Roman qızı tərəfindən icra olunmuşdur. Lahiyənin icrasına 15 fevral 2014-cü il tarixindən başlanmış və 15 aprel 2014-cü il tarixində yekun vurulmuşdur. Layihənin əsas məqsədi rayonda ali məktəbə hazırlaşan şagirdlərə gələcək ixtisas seçimi barədə qərar verməsinə kömək etməkdən ibarət idi.
Təlimlər zamanı gənclərə ölkədə və regionda daha çox ehtiyac duyulan ixtisaslar, gələcəyin perspektivli ixtisasları, ictimaiyyətə az məlum olan bir çox ixtisasların mahiyyəti barədə məlumat verilib. Layihə nəticəsində 150 nəfər gənc təlimlər vasitəsilə məlumatlandırılıb. İxtisas seçimi barədə müəyyən biliklər əldə etmiş rayonun müxtəlif kəndlərində təhsil alan şagirdlərin bu infоrmаsiyаnı yoldaşları ilə bölüşməsi üçün tövsiyələr irəli sürülmüş və məlumatın yayılması üçün bukletlər paylanılmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14850″ id=”14850″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]