[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-271.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Cəbrayılov Elvin İsabala oğlu tərəfindən Şirvan şəhərində “Mədəni və tarixi irsimizi qoruyaq” adlı intellektual festival layihəsi həyata keçirilmişdir. Layihənin məqsədi interaktiv metodlarla gəncləri intellektual oyunlara cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək, gənclər arasında Azərbaycanın tarixini, mədəniyyətini və coğrafiyasını təbliğ etmək, gənclərin intellektual oyunlarda iştirakının artırılması və asudə vaxtının səmərəli keçirilməsinə yardımçı olmaqdır.
Festival zamanı intellektual oyunların əhəmiyyəti və onların yaranma tarixi, əsas tərkib hissələri haqqında gənclərə geniş informasiya verilmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14840″ id=”14840″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]