[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/RMC_8689.jpg” ]
13-14 aprel 2014-cü il tarixlərində Abşeron Rəsm Qalereyasında “İncəsənət Ruhu sərgi və yarışması” layihəsi keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilib.
İlk olaraq tədbirdə layihə rəhbəri Hüseyn Məmmədov çıxış edərək layihənin əsas məqsədinin gənc istedadların öz bacarıqlarını reallaşdırmasına şərait yaratmaq, onların tanıdılması və işlərini daha səmərəli yerinə yetirməsinə dəstək olmaqdan ibarət olduğunu bildirib və yarışın qaydaları barədə məlumat verib.
Daha sonra münsiflər heyətinin üzvü, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, Azərbaycan Prezidentinin Fərdi təqaüdçüsü Vasif Babayev və Art School by Alyona Bandurinanin rəhbəri Alyona Bandurina layihə barədə öz təəssüratlarını bölüşərək Azərbaycanda fotoqrafiyanın inkişafından və gənclərin bu sahədə önəmli rolundan bəhs ediblər.
Qeyd edək ki, iki gün ərzində 100 nəfərdən çox gəncin qatıldığı tədbirdə 30-a yaxın gənc fotoqrafın 60-dan çox fotosu sərgilənib. Münsiflər heyətinin rəyi nəticəsində yarışda I yerin sahibi Raj Steven, II yerin sahibi Artur Abdullayev olublar. Sərgi iştirakçıları arasında keçirilən səsvermə nəticəsində isə Orxan Rəhmanlı III yerin sahibi olub. Daha sonra bütün iştirakçılar diplom və sertifikatlarla təltif olunublar. Qeyd edək ki, Prezidentin 2011-2015-ci illəri əhatə edən Gənclər Proqramında xüsusi bacarıqlı gənclərin tanıdılması və bacarıqlarının qiymətləndirilməsinin vacibliyi öz əksini tapır. Layihə də məhz bu sahəyə diqqət çəkmək, əl işləri olanların öz bacarıqlarını təqdim etməsinə şərait yaratmaq, bu sahəyə kommersiya dəyəri qazandıraraq sahənin inkişafını təmin etmək məqsədi ilə sərgilərin təşkil olunmasını nəzərdə tutur.
https://www.youtube.com/watch?v=g-EQpdyXDY8
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14806″ id=”14806″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]