[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/SAM_0333.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi şəxs Eyruz Pəsiyev tərəfindən həyata keçirilən “Kitablarla dost olaq” layihəsi 1 mart-1 aprel 2014-cü il tarixlərində Beyləqan rayonu və ətraf kəndlərdə uğurla həyata keçirilib. Layihə çərçivəsində Beyləqan rayonunun mərkəzi ilə yanaşı, Yuxarı Kəbirli, Tuğ, Salakətin, Allahyarlı kəndlərində seminarlar təşkil olunmuş, müxtəlif disskusiyalar aparılmışdır.
Layihə çərviçəsində Beyləqan rayonunun mərkəzi və ətraf kənd və qəsəbələrdə müxtəlif seminar və dəyirmi masalar təşkil edilib. Tədbirlərdə tanınmış şair və yazıçılarla yanaşı, müxtəlif idarə və müəssisələrin, o cümlədən, Beyləqan rayon Təhsil şöbəsinin, Beyləqan rayon Gənclər və İdman idarəsinin, Beyləqan rayon Mərkəzi Kitabxanasının əməkdaşları, müstəqil ekspertlər və QHT nümayəndələri də iştirak etmişlər.
Layihənin həyata keçirilməsində əsas məqsəd gənclər arasında kitab oxumağın üstünlüklərinin təbliğ edilməsi, gənc oxucuların mütaliə qabiliyyətinin inkişaf etdirilməsi, gənclərin maraqlarına uyğun olan kitablarla tanış edilməsi, gənclər arasında mütaliə vərdişlərinin formalaşdırılması və kitabxanaların fəaliyyətinə dəstək olmaqdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14766″ id=”14766″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]