[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-358.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnkişaf Naminə İdman” İctimai Birliyinin üzvü Səlahəddin Cənnətsoyun “Tələbə Gənc Fəallar” adlı fərdi layihəsi çərçivəsində tədbirlər davam etməkdədir. Belə ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından olan gənc tələbə fəallar Abşeron rayonunun Saray qəsəbəsi 7 № li Xüsusi İnternat məktəbinin xüsusi qayğıya ehtiyacı olan 12-18 yaşlı uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi məqsədilə həftədə 3 dəfə olmaqla təlim məşğələlərinə başlamışlar. Onlar idman və oyunlar vasitəsilə uşaqların asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərmək üçün ilkin şən, təhlükəsiz və inklüziv təlim məşğələləri keçiriblər.
Tələbələrə Bədən Tərbiyəsi və İdman Akademiyasının müvafiq fakültəsinin Adaptiv Fiziki Tərbiyə və Əlil idmanı üzrə mütəxəssisləri də dəstək verirlər. Artıq gənc fəallara Bakı Biznes və Kooperasiya kollecinin tələbələri də dəstək vermək üçün Xüsusi İnternat evinə səfər etmişlər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”14642″ id=”14642″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]