[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-713.jpg” ]
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu-Resurs Mərkəzi” adlı layihəsi yekunlaşıb.
Layihənin rəhbəri, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlinin verdiyi məlumata görə layihənin əsas məqsədi ordu sıralarından tərxis olunmuş gənclərin mülki həyata adaptasiyasına dəstək olmaqla onların məşğulluq problemlərinin həll edilməsi üçün internetin və yeni media alətlərinin rolunu araşdırmaqdan, eləcə də bu sahədə kifayət qədər təcrübəli olan ekspertlərin iştirakı ilə tərxis olunmuş gənclərə təlimlərin keçirilməsindən ibarətdir.
Layihə çərçivəsində Mingəçevir şəhərində ordu sıralarından tərxis olunmuş 70 nəfər iş axtaran gənc müsabiqə yolu ilə seçilərək 5 günlük təlimlərə cəlb olunmuşlar. Təlim proseslərində işə düzəlmək istəyən gənclərə motivasiya, təqdimatlar keçirmək bacarığı, komanda işi, fərdi bacarıqların təhlili, işəgötürənlərlə əlaqə yaratmaqda telefon danışığı texnikaları, CV yazılışlarının ən optimal variantları, müsahibə-intervyu bacarıqları kompleks şəkildə öyrədilib.
Təlimlərin bu qəbildən olan gənclərin məşğulluq probleminin həllinə kömək edəcəyi, layihənin nəticələrinin davamlı olaraq nəzarətdə saxlanılacağı bildirilir.