[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-232.jpg” ]
Məlum olduğu kimi 1 fevral 2014-cü il tarixindən fərdi şəxs qismində Abbaslı Almara Razik qızı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Lənkəranın tarixi abidələri gənc fotoqrafların gözü ilə” foto-sərgi layihəsini icra edir. Layihənin icrası 1 aprel 2014-cü il tarixinədək davam etmişdir.
Layihənin həyata keçirilməsində məqsəd gənclərin mədəni dəyərlərin qorunmasında rolunu artırmaq və onlarda bu sahəyə maraq yaratmaqdır.
Layihə çərçivəsində xüsusi ərizə forması ilə müəyyən edilmiş 15 nəfərdən yuxarı 16-25 yaş arası gənc həvəskar fotoqraflar üçün 16-17 mart 2014-cü il tarixlərində Lənkəran şəhərində 2 günlük təlim proqramı həyata keçirilmişdir. Təlim iştirakçılar Lənkəran Dövlət Universitetinin, Lənkəran Humanitar Kollecinin tələbələri və QHT üzvlərindən ibarət idi. Tədbiri giriş sözü ilə açan layihə direktoru Almara Abbaslı iştirakçılara layihə haqqında ətraflı məlumatlar verərək layihənin əhəmiyyətindən danışıb. Tədbirdə iştirak edən Lənkəran rayon Gənclər və İdman İdarəsinin rəis müavini Nazim Vəliyev Dövlət Gənclər Siyasətindən söz açaraq gənclərə Dövlət qayğısından geniş şəkildə danışmış və hər bir gənci məşğul olduqları sahədə daha fəal olmağa çağırmışdır.
Təlimi həyata keçirən təlimçi tərəfindən 2 gün ərzində iştirakçılar aktiv şəkildə müzakirələrə cəlb olunmuş və fotoqraflıq sahəsində müxtəlif biliklər əldə etmişlər. Təlim müddətində gənc iştirakçılara “Fotoqrafiya nədir?”, “Özünü tapmaq (fotoqrafiya sahəsində özünü necə kəşf edə bilərsən?)”, “Fotoblogging”, “Uğurlu kadrların alınması”, “İlkin missiya”, “Fotoqrafın gözü” və “Çəkiliş obyektləri” və s. mövzular çatdırılıb.
Təlimin yekununda təlimdə iştirak edən gənclərə layihə direktoru və təlimçinin iştirakı ilə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihənin sonunda təlimin nəticəsi olaraq Lənkəranın tarixi abidələrini foto kadrlara alan gənclərin 28 mart 2014-cü il tarixində sərgisi təşkil olunmuşdur. Sərgi zamanı ən nümunəvi fotolar seçilərək sosial şəbəkələrdə də ictimaiyyətə təqdim olunmuşdur.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13959″ id=”13959″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]