[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-88.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədi sakini Toğrul İbrahimovun rəhbərlik etdiyi “Azərbaycan kadrlarda” adlı fərdi layihə davam edir.
Layihənin əsas məqsədi Azərbaycanın bölgələrindəki gənc fotoqrafları bir araya gətirmək,onlar arasında bir şəbəkə sisteminin yaradılması məqsədilə fotomüsabiqə təşkil etmək və bu müsabiqə vasitəsilə Azərbaycanı təbliğ etməkdir.
Layihə çərçivəsində müxtəlif bölgələrdən onlayn qaydada təqdim edilmiş 90 şəkildən 50-si seçilərək Ağcabədi şəhərində ilk dəfə olaraq 17 mart 2014-cü il tarixində Ağcabədi şəhər Gənclər Mərkəzi meydanında, 18 mart 2014-cü il tarixində isə Ağcabədi şəhər Mərkəzi Stadionunda açıq sərgidə nümayiş etdirilmişdir.
Sərgidə Ağcabədi, Bakı, Təbriz, Gəncə, Bərdə, Lənkəran, Beyləqan, Göyçay, Ağdam, Qazax, Daşkəsən, Samux və başqa rayonların tarixini, mədəniyyətini əks etdirən fotolar böyük marağa səbəb olmuşdur.
18 mart 2014-cü il tarixində təşkil edilmiş sərgiyə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov başda olmaqla icra hakimiyyəti aparatının bütün işçiləri, millət vəkili Tahir Rzayev və başqa idarə və müəssisə rəhbərlərinin iştirakı ilə baxış keçirilmişdir.
Layihə çərçivəsində yekun sərgi və qaliblərin mükafatlandırılması mərasimi 28 mart 2014-cü il tarixində Üzeyir Hacıbəyov adına Qarabağ Mugam Mərkəzində keçirilmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13944″ id=”13944″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]