[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/btf5.jpg” ]
21-23 mart 2014-cü il tarixlərində Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində Beynəlxalq Tərcüməçilər Federasiyasının (BTF) İcraçı Şurasının illik toplantısı keçirilmişdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının sədri İsmayıl Cəbrayılov və təşkilatın beynəlxalq əlaqələr üzrə koordinatoru Tərlan Arzumanov tədbirdə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının nümayəndələri kimi iştirak etmişlər. Qeyd edək ki, AGTA 30 oktyabr 2012-ci il tarixindən bu beynəlxalq təşkilatın müşahidəçi üzvüdür.
3 günlük tədbirin ilk günü BTF-in 2013-cü il ərzində gördüyü işlərə, o cümlədən, cari il ərzində həyata keçiriləcək tədbirlərin müzakirəsinə, növbəti günü isə 4-6 avqust 2014-cü il tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək BTF-in XX Ümumdünya Konqresinə hazırlıqlara həsr olunub. Tədbirin son günündə BTF-ə müşahidəçi və daimi üzvlük üçün müraciət edən təşkilatların müraciətlərinə baxılıb.
Qeyd edək ki, cari ilin fevral ayında isə AGTA Beynəlxalq Tərcüməçilər Federasiyasına vaxtından əvvəl daimi üzvlük üçün müraciət etmişdir. Üzvlüyə müraciətlərlə bağlı yekun qərar XX Ümumdünya Konqresində daimi üzvlər arasında keçirilən səsvermə ilə müəyyən ediləcəkdir.
Tədbir çərçivəsində AGTA nümayəndələri BTF rəsmiləri, o cümlədən BTF üzvləri olan tərcümə təşkilatları ilə görüşlər keçirmişdir. Keçirilən gorüşlərdə AGTA-nın təşkilata daimi üzvlüyü məsələsi, təşkilatlar arasında təcrübə mübadiləsi barədə müzakirələr aparılmış, görüş iştirakçıları AGTA-nın fəaliyyəti və Azərbaycanla bağlı ətraflı məlumat əldə etmişlər. AGTA-nın sədri İsmayıl Cəbrayılovun bildirdiyinə gorə, BTF rəsmiləri və üzvləri AGTA-nın müşahidəçi üzv olmasına baxmayaraq, kifayət qədər fəallığı ilə seçildiyini bildirmişlər. Məhz buna gorə də, BTF-ə daimi üzvlük üçün vaxtından əvvəl müraciət İcraçı Şuranın iclasında da müsbət qarşılanıb. Adətən daimi üzvlük üçün müraciət 3 illik müşahidəçi üzvlükdən sonra göndərilir.
AGTA-nın beynəlxalq əlaqələr üzvə koordinatoru Tərlan Arzumanov AGTA-nın BTF-in İcraçı Şurasının növbəti illik toplantısının Azərbaycanda keçirilməsi üçün müraciət etdiyini bildirmişdir. Şura üzvləri müraciəti müsbət qarşılayıb. Yekun qərar isə Ümumdünya Konqresində veriləcək.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13896″ id=”13896″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]