[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-512.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 15 mart 2014-cü il tarixində Sumqayıt şəhərində “Sağlam gənclik üçün idman” layihəsi həyata keçirilmişdir. Layihə rəhbəri Sərvər Hüseynov aktual məsələ olan gənclərin sağlam həyat tərzi sürmələri, idmana cəlb olunmaları üçün layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təqdim etdiyini, Gənclər Fondunun isə bu layihəni dəstəkləyərək maliyyə vəsaiti ayırdığını qeyd etmişdir. Layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, gəncləri sağlamlıqlarının önəmi mövzusunda maarifləndirmək, gənclərin sosial bir layihədə birlikdə hərəkət etmə bacarıqlarını formalaşdırmaq, gündə 1 saat idman gəzintisinə vaxt ayırmaqla bədən tarazlığının qorunmasına, uzun və sağlam ömür yaşamağımıza və gözəl bədən quruluşuna sahib ola biləcəyimizə diqqəti çəkməkdir.
Layihə çərçivəsində yeniyetmə və gənclərin Sumqayıt şəhəri Nəsimi adına dənizkənarı istirahət parkında toplaşaraq sahil boyu idman gəzintisi, idman meydançasında idman etmələri və sonda istirahətləri təşkil olunmuşdur. Eyni zamanda iştirakçılara idmana vaxt ayırmaqla daima sağlam həyat tərzi yaşayacaqları haqqında biliklər aşılanmış və sağlam həyat tərzini təbliğ edən məlumatlar əks olunmuş bukletlər paylanılmışdır. Daha sonra iştirakçılar arasında idman yarışları təşkil edilib, gənclər kütləvi surətdə idmana cəlb edilib, sağlam həyat tərzi təşviq edilmiş, iştirakçılara layihə çərçivəsində hazırlanmış köynəklər və papaqlar paylanmışdır.
Layihədə qonaq qismində iştirak edən şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı C.Hüseynov, Təhsil İdman Mərkəzinin Sumqayıt filialının baş məşqçisi İ.Niftəliyev, Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatının və STİ-nin nümayəndələri çıxış edərək dövlət başçımızın idmana diqqəti sayəsində Azərbaycanın artıq idman ölkəsi kimi bütün dünyada layiqli yer tutduğunu, müstəqil Azərbaycanın idmançılarının dünya miqyasında böyük uğurlar qazandığını, ölkəmizin dünya idman ailəsinə möhtəşəm mərkəz kimi daxil olmasını fərəh hissi ilə qeyd etmişlər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13795″ id=”13795″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]