[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-415.jpg” ]
Azərbaycan Tələbələr Birliyinin (ATB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində Mingəçevir və Hacıqabul şəhərlərində yaşayan gənclərin gələcəkdə məşğulluğunun təmin edilməsi üçün müxtəlif təlim və seminarlar keçirilmişdir. “Özünü peşəkar təqdimat”, “CV yazılışı”, “Belbinin testi”, “Komanda işi”, “İntervyuda necə davranmalı” kimi mövzularda olan təlim və seminarların keçirilməsində əsas məqsəd gənclərin ali təhsili bitirdikdən sonra iş tapması zamanı onlardan tələb olunan bilik və bacarıqlara indidən yiyələnmələrini təmin etməkdir. 500 nəfərdən çox gəncin iştirak etdiyi seminarlarda əsas hədəf gənclərin iş axtardığı zaman onlardan tələb olunan CV yazılışı, komandada uğurlu fəaliyyət, peşəkar təqdimat, intervyu zamanı düzgün davranmaq kimi qabiliyyətləri indidən onlara ötürmək olmuşdur.
Bundan başqa, layihə çərçivəsində gənclərin məşğulluğunun təmin edilməsində xarici ölkələrin təcrübələri də öyrənilmişdir. Bu təcrübələrin öyrənilməsi ATB-nin layihə çərçivəsində gənclərin məşğulluğunun təmin edilməsi sahəsində hazırlanmış siyasət sənədində öz əksini tapmışdır.
ATB layihə çərçivəsində yeni təlimçilərin hazırlanması məsələsini diqqət mərkəzində saxlamışdır. Beləki, təlimlərdə fərqlənən gənclər ATB-nin sosial məsələlər üzrə katibliyi tərəfindən təlimçilərin hazırlanması proqramına cəlb edilərək gələcək fəaliyyətlərdə təlimçi kimi işləmələrinə şərait yaradılmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13786″ id=”13786″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]