[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-215.jpg” ]
15 mart 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi şəxs Eyruz Pəsiyev tərəfindən həyata keçirilən “Kitablarla dost olaq” layihəsi çərçivəsində növbəti seminar Beyləqan rayon Mədəniyyət sarayında baş tutmuşdur. Seminarda tanınmış şair və yazıçılarla yanaşı, rayon Təhsil şöbəsinin metodisti A.Ələkbərov və Gənclər və İdman İdarəsinin baş məsləhətçisi O.Vəliyev də iştirak etmişlər. Layihə rəhbəri Eyruz Pəsiyev layihə haqqında məlumat verərək seminar iştirakçılarını kitab oxumağa, mütaliə etməyə çağırmış, intellektual inkişafın əsas vasitələrindən birinin mütaliə olduğunu seminar iştirakçılarının nəzərinə çatdırmışdır.
Seminarın qonaqları kitab oxumağın faydaları, müxtəlif yazıçılar, əsərlər, şairlər haqqında geniş məlumat vermişlər.
Qeyd edək ki, layihə çərçivəsində Beyləqan rayonunun müxtəlif kəndlərində gənclərlə görüşlər, seminarlar təşkil ediləcək, onların mütaliə qabiliyyətlərinin inkişafı üçün işlər görüləcəkdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13715″ id=”13715″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]