[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-49.jpg” ]
Fərdi şəxs Jalə Teymurlu tərəfindən həyata keçirilən “Gənc fəal” layihəsi çərçivəsində 14 mart 2014-cü il tarixində Biləsuvar rayonunda salınmış Cəbrayıl rayon 5 saylı qəsəbədə təlim təşkil edilmişdir. Təlimdə yeniyetmə və gənclər iştirak edib. Mövzu ilə bağlı müzakirələr təşkil edilib, iştirakçılar əldə etdikləri biliklərlə qrup işləri həyata keçirmişdir.
Təlimdə “Könüllülük-Aktiv vətəndaşlıq”, “Ünsiyyət (kommunikasiya) və ictimai çıxış”, “Gender bərabərliyi”, “Həyat bacarıqları-liderlik” və digər mövzular müzakirə edilib. İştirakçılara layihə çərçivəsində çap olunmuş maarifləndirici bukletlər və materiallar paylanılıb.
Layihənin əsas məqsədi gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəaliyyətə cəlb olunmaları və qərarvermə proseslərində fəal iştiraklarının stimullaşdırılması, gənclərin öz hüquqları haqqında biliklərinin artırılması, fəal mövqe bildirmə bacarıqlarının üzə çıxarılması və gənclər arasında əməkdaşlıq şəbəkəsinin yaradılması kimi nailiyyətlərin əldə edilməsindən ibarətdir.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13693″ id=”13693″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]