[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed8.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Şükürlü Aydın tərəfindən Hacıqabul rayonunda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı festival həyata keçirilmişdir. Layihənin məqsədi interaktiv metodlarla gəncləri intellektual oyunlara cəlb etmək, onlar arasında bərabər imkanlar təmin etmək, gənclər arasında Azərbaycanın tarixinin təbliği, gənclərin intellektual oyunlarda iştiraklarının artırılması və asudə vaxtlarının səmərəli keçməsinə dəstək olmaqdır. Layihə rəhbəri Şükürlü Aydın çıxış edərək qeyd etmişdir ki, maarifləndirmə işlərinin geniş miqyasda aparılması birmənalı səkildə gənclərin gələcəkdə intellektual oyunlara marağının və fəaliyyətlərdən yararlanmaq istəyən digər gənclərin də şansının artmasına təsir edəcəkdir. Əsas məqsəd gənclərə Azərbaycan tarixi haqqında düzgün informasiyanın verilməsinə nail olmaq və dolğun informasiya bazası yaratmaqdır. Festival zamanı intellektual oyunların əhəmiyyəti və onun yaranma tarixi, əsas tərkib hissələri barədə gənclərə geniş informasiya verilmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13630″ id=”13630″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]